Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aprel döyüşləri şəhidinin anası: "Gəlin zəng etdi ki, Rasim qızğın savaşdadır"
Baku TV Aprel döyüşlərinin şəhidi mayor Rasim Məmmədovun evindən reportaj hazırlayıb.
Atasının peşəsini seçən şəhidin anası Bəsti Məmmədova oğlunun dövlətinə, xalqına layiqli övlad olduğunu bildirib.
"Gecə evdə oturmuşduq. Gəlinimiz zəng etdi ki, ata, Rasim qızğın savaşdadır. Bir neçə gün sonra üçüncü oğluma zəng gəldi, rəngi qapqara oldu. Sən demə, şəhidlik xəbərini veriblərmiş", - deyə B.Məmmədova söyləyib.
Qeyd edək ki, övladının yoxluğuna dözməyən şəhid atası Əbdül Məmmədov da onun şəhadətindən 24 gün sonra dünyasını dəyişib və oğlunun yanında dəfn edilib.
Ətraflı süjetdə:
Aprel döyüşləri şəhidinin anası: "Gəlin zəng etdi ki, Rasim qızğın savaşdadır"

"Aprel döyüşləri" teqi üzrə xəbərlər
- Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür
- Erməni terrorçular yenidən aktivləşirlər? - Rəsmi İrəvan tarixdən dərs almalıdır
- Moskvada 9 May paradında iştirak edəcək hərbçilərimizlə görüş keçirildi
- Aprel döyüşləri iştirakçısı: "Ordumuzun əks-hücumu düşməni çətin duruma saldı"
- Xətai rayonunda Aprel döyüşlərinin şəhidlərinin xatirəsi anılıb
Ən çox oxunanlar