Aprel ayında respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində həlak olanların sayı məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisələri nəticəsində ümumilikdə 74 nəfər həyatını itirib.
Bütün faktlarla bağlı araşdırma aparılır.