Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan rejissor Aqil M. Quliyevin barəsində hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası keçirilib.
Hakimlərin qərarı ilə rejissor məhkəmə zalından azadlığa buraxılıb.
Rejissorun azadlıqdan məhrumetmə cəzası pul cəriməsi ilə əvəzlənib.
Dünən isə rejissor azadlığa çıxmasını Facebook-dakı şəxsi profilində “Freedom!!!” (“Azadllq!!!”) yazaraq qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.
Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A.M.Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xətai Rayon Məhkəməsi həmin cinayət işi əsasında A.M.Quliyevin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. A.M.Quliyev məhkəmə zalında həbs olunub.
Hökmdən narazı qalan A.M.Quliyev isə apellyasiya şikayəti verib.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin