Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AQTA Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib - FOTO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.
Oxu.Az-ın məlumatına görə, bunu agentliyin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, bayramda 4-5 aylıq heyvanların kəsimi aparılır:
"Bu cür heyvanları kəsmək düz deyil. Kiçik yaşda olan heyvanların ətində çoxlu sayda natamam kimyəvi tərkibli maddələr olur ki, bu da qidalanma üçün o qədər də yüksək əhəmiyyət kəsb etmir. İqtisadi səmərəlilik baxımından isə kiçik yaşlı heyvanların kəsilərək təsərrüfatdan çıxarılması ilbəil məhsuldar heyvanların sayının azalmasına səbəb olur. Heyvanlar yeddi aylıqdan kiçik yaşda kəsildikdə, onlar formalaşmış gündəlik çəki artımı potensialından istifadə olunmadan təsərrüfatdan çıxarılır ki, bu da son nəticədə məhsul istehsalının azalması ilə nəticələnir. Bu isə son nəticədə daimi olaraq idxaldan asılılığa və ixrac potensialının zəifləməsinə gətirib çıxarır".
O qeyd edib ki, kəsimdə daha çox erkək heyvanlardan istifadə edilməsi düzgündür:
"Dişi heyvanların kəsimdə istifadə edilməsi sürünün damazlıq potensialının mütəmadi olaraq zəifləməsinə, yekunda isə ölkədə qoyunçuluğun inkişafının ləngiməsinə səbəb olur".
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər