Azərbaycan Qida Təhlükəsizlik Agentliyi müvafiq dövlət strukturlarının resurslarından istifadə edərək, ixracatçılara təmənnasız konsaltinq xidmətləri göstərəcək, həmçinin, ixraca qoyulan tələblərin yerinə yetirilməsi üçün yaranan xərclərin bir hissəsinin qrant və kreditlər vasitəsilə ödənilməsinə dəstək göstəriləcək.
Oxu.Az xəbər verir ki, bunu “İxracatçılara dəstək layihəsi” çərçivəsində sahibkarlarla görüşdə çıxış edərkən Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib.
E.Mikayılov bildirib ki, söhbət proqram yanaşmasından gedir ki, müxtəlif dövlət orqanlarının resurslarını vahid konsepsiya altında yığmaqla, sahibkarlar real ixraca çıxanadək onlara bütün lazımi komponentlər təqdim olunsun:
“Növbəti mərhələ, əsasən, potensial alıcıların tapılması ilə bağlı olacaq. Paralel olaraq bu istiqamətdə potensial alıcılarla danışıqlar aparılır. Bu istiqamətdə də dəstəklər veriləcək. Misal olaraq sərgilərdə iştirak etməklə sahibkarların məhsullarını beynəlxalq sərgilərdə tanıdılması təşkil olunacaq”.
Könül Cəfərli