Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AQTA sədri bir ailədən beş nəfərin göbələkdən zəhərlənməsinə münasibət bildirdi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ötən gün bir ailənin beş üzvünün göbələkdən zəhərlənməsi faktına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hazırda araşdırmalar aparılır:
“AQTA tərəfindən bütün zəhərlənmələrə münasibət necədirsə, göbələk zəhərlənməsinə qarşı münasibət də elədir. Bütün zəhərlənmələr kimi bu məsələ də tərəfimizdən araşdırılacaq.
Diaqnoz nəticəsində müəyyən olunacaq ki, doğrudan da, göbələkdən zəhərlənib, yoxsa başqa qidadan baş verib”.
İlhamə Əbülfət
"AQTA" teqi üzrə xəbərlər
- "E-Qidam" mobil tətbiqi ictimaiyyətə təqdim olunub
- AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətləri aradan qaldırıb
- "Halal" sertifikatlaşdırma Azərbaycanın BÜTÜN BÖLGƏLƏRİNİ əhatə edəcək - Şöbə müdirindən AÇIQLAMA
- "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb
- Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın
Ən çox oxunanlar
Rəylər