“Ermənilərin ötən gün sərhəddə törətdiyi insidentlər xarici səyyahların Şuşaya səfərinə mane olub”.
Bu barədə APA-ya açıqlamasında argentinalı səyyah Nikolas Paskuali bildirib.
“Dünən atışma səbəbi ilə planlarımızı bir qədər dəyişərək daha uzaq yolla bura gəlməli olduq. Amma çox şadıq ki, bir gün sonra olsa belə, sonda bunu bacardıq. Burada gördüyümüz, düşünürəm ki, heyrətamizdir. Ölkə üçün bu qədər vacib bir yerdə Azərbaycan bayrağını görmək gözəldir. Məncə, bu, həm də çox simvolikdir”, - deyə səyyah bildirib.