Bu gün axşam saatlarında xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılıb.
Oxu.Az xəbər verir ki, bu haqda Facebook sosial şəbəkədə informasiya yayılmışdı.
Arif Quliyevlə telefon əlaqəsi yaratdıq və xalq artistinin səhhəti ilə bağlı maraqlandıq.
O, sağ-salamat olduğunu və Şamaxıdan Bakıya qayıtdığını bildirdi. Sözünü isə belə tamamladı:
“Bu çəkilişlər əhval-ruhiyyəmi daha da yüksəldib”.
Həmçinin xalq artisti bildirib ki, onun haqqında kitab yazılır və kino çəkilir.