“Artıq çəki istər böyüklərdə, istərsə də uşaqlarda problem yarada bilər. Valideynlər heç də düşünməsin ki, uşaqdır, kökəlsə, yaxşıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.
O bildirib ki, uşaq yaşlarında da artıq çəki problemlərə yol aça bilir:
“Artıq çəki piylənmə, insulin miqdarının artımı, qaraciyər xəstəlikləri, damar problemləri yarada bilir. Üç dəfəyə qədər digər şəxslərlə müqayisədə kök insanlarda xərçəng xəstəliyi yarana bilir. Kök uşaqlarda vaxtından əvvəl cinsi inkişaf problemlər, metobolik sindrom, gənc qızlarda adət problemlərinə gətirib çıxara bilir”.
Könül Cəfərli