Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Arvadının başına silah dirəyən polkovnik prokurorluq orqanlarından xaric edildi - EKSKLÜZİV
Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenant barədə aparılan araşdırma yekunlaşıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı mediaya müraciət edərək, dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və “sənə xəyanət etmişəm” sözlərini dedirtdiyini bildirmişdi.
Qadın əlavə edib ki, C.Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub.
O, bir gün evdən qaça bilib.
İlhamə Əbülfət
Rəylər