Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Arzuları yarıda qoyan mina partlayışı: Şəhid polis Asim Camalzadə evin tək oğlu idi
Çevik Polis Alayının polisi Asim Camalzadə antiterror tədbirləri zamanı Xocavənddə minaya düşərək şəhid olub.
Polis nişanlı olub və toyu üçün gün təyin edib əməliyyata qatılıb.
Asim Camalzadənin anası Xədicə Camalzadə oğlunun toyu üçün gün seçərkən əsgərlərimizin şəhid olduğu gün ilə eyni vaxtda düşməməsi üçün diqqətli olduğunu bildirib. Həmçinin, o, qeyd edib ki, polis evdən çıxarkən heç kimə nə olduğunu bildirmədən ayrılıb.
Şəhidin nənəsi Səringül Xəlilova həmin gün Asim Camalzadə ilə əlaqə saxlamağa bir neçə dəfə cəhd etdiyini, ancaq uğursuz olduğunu, daha sonra isə Füzuliyə çatdığını xəbər verdiyini deyib.
Qeyd edək ki, Alay polisi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ətraflı İTV-nin süjetində:
"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı
- Fuat Oktay: "Parlamentlərimiz qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olublar"
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- 24 gün əvvəl Goranboyda minaya düşən hərbçi evinə qayıtdı
- Politoloq Əlimusa İbrahimov: "Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq"
Rəylər