Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
Hazırda davam edən qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır və bu, yükdaşımalarda gecikmələrə səbəb olur.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev məlumat verib.
O, Kurık limanında Azərbaycana göndərilməsini gözləyən avtomobillərlə bağlı vəziyyəti şərh edərkən bildirib ki, ASCO donanmasında mövcud tələbatı qarşılamaq üçün kifayət qədər bərə gəmisi mövcuddur.
"Əsas çətinlik mövsümi hava şəraitindən qaynaqlanır. Hazırkı qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında problemlər yaradır və nəticədə gecikmələrə səbəb olur. Vəziyyət diqqətlə izlənilir və hava şəraiti imkan verdikcə operativ şəkildə yükləmə-boşaltma əməliyyatları həyata keçiriləcək", - deyə M.Mehdiyev əlavə edib.
Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətindəki Kurık limanında Azərbaycana göndərilməsini gözləyən təxminən 1 000 avtomobil yığılıb. Qazaxıstan KİV-lərinin məlumatına görə, noyabr-dekabr aylarında limanın təxminən 50 %-i hava şəraiti səbəbindən bağlı olur. Digər amil isə maşınların sayının artmasıdır. Qazaxıstanın Nəqliyyat Nazirliyinin dəstəyi ilə bütün Azərbaycan bərələrinin Manqistau istiqamətinə yönləndirilməsi barədə razılıq əldə edilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)" teqi üzrə xəbərlər
- Eritreyada saxlanılan soydaşlarımız AZADLIĞA BURAXILDILAR: Vətənə gətirildilər
- Xəzər Dəniz Neft Donanmasının işinin nə vaxtdan bərpa olunacağı AÇIQLANDI
- Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var