Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov öz istəyilə vəzifəsindən ayrılıb.
Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.
O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə bu qurumda Təhsil İnnovasiyaları və Rəqəmsal Mərkəzinin müdir müavini vəzifəsində fəaliyyətə başlayıb.
Qeyd edək ki, C.Hüseynov 2024-cü ildən "Azərpoçt"da çalışırdı. O, 2015-2021-ci illərdə "Kapital Bank"da, 2021-2024-cü illərdə isə "PashaPay"da işləyib.