Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyənin Antalya bölgəsində yerləşən və dünyanın ən dəbdəbəli otellərindən olan “Mardan Palace” otelinin necə satılacağı məlum olub.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Antalya bələdiyyəsi otelin satşına dair birinci tenderi iyunun 3-də, ikincini isə iyunun 30-da keçirəcək. Tenderin hərrac yolu ilə keçiriləcəyi bildirilir. Təkliflər elektron qaydada da verilə biləcək. Əgər birinci hərracda alıcı tapılmasa elektron qayda ilə ilk hərracdan beş gün keçəndən ikinci hərraca 10 gün qalana qədər təkliflər qəbul ediləcək. Əgər otelə alıcı tapılsa onun dəyəri hərracdan sonrakı 10 gün ərzində nəğd olaraq Antalya bələdiyyəsinin hesabına ödənilməlidir.
Xatırladaq ki, otel Antalya bələdiyyəsinə olan vergi və torpaq icarəsi borcuna görə müsadirə edilib və satışa çıxarılıb. 2009-cu ildə böyük dəbdəbə ilə istifadəyə verilən “Mardan Palace”in ərazisi 94 min kvadratmetrə yaxındır, oteldə 365 ədəd ikinəfərlik otaq, 43 ədəd dördnəfərlik suit otaq, 5 ədəd dördnəfərlik villa və 12 nəfərlik apartament yerləşir. Oteldə bütün lüks xidmətlər var. Telman İsmayılov bu oteli həyatının ən önəmli layihəsi kimi inşa etmişdi və ona atasının adını vermişdi. Lakin Moskvadakı “Çerkizovsk” bazarının bağlanmasından və nəticədə ən böyük nəğd gəlir mənbəyini itirməsindən sonra T.İsmayılovun müflisləşmə dövrü başlayıb. Mətbuatın yazdığı kimi onun Rusiyada çoxlu iş adamlarına və banklara böyük məbləğlərdə kredit borcu var. Habelə Türkiyə banklarına borcludur.
Rəylər