Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Astara sakinləri: "Bir dəfə də sel gəlsə, evimizi aparacaq"
Bir neçə gün əvvəl ölkənin cənub bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar törədib.
Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrə qədər məcrasını dəyişib. Çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Sakinlər təbii fəlakət nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini deyirlər.
"Mənə 20-30 min manatlıq ziyan dəyib. Bir dəfə də sel gəlsə, evimizi aparacaq", - deyə Fariz Canıyev söyləyib.
Daha ətraflı Baku TV-nin materialında:
Astara sakinləri: "Bir dəfə də sel gəlsə, evimizi aparacaq"

"Sel təhlükəsi" teqi üzrə xəbərlər
- Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"
- Sel səbəbindən avtomobili çayda batan şəxs xilas edildi
- Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür
- Qırğızıstanda sel: Ölənlər var
Ən çox oxunanlar