Bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.
Aksiya ölkə üzrə 15 məsciddə keçirilir.
Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobinin səviyyəsi yoxlanılır.
A.M.