Şərq ulduz falına əsasən, 2014-cü il göy atların ili olacaq.
Əvvəlcə at illərini yada salaq: 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002.
Oxu.Az xəbər verir ki, astroloqların sözlərinə görə, 4 gündən sonra qədəm qoyacaq Yeni İl sevgi və qısqanclıq ilidir. Səyahət etməyi sevənlərin 2014-cü ildə öz turizm arzularını reallaşdırmaq şansı olacaq.
Eyni zamanda, astroloqlar 2014-cü ilin insanlara qeyri-stabillik gətirəcəyini proqnozlaşdırırlar. Buna görə də onlar insanları plan əsasında hərəkət etməyə, ehtiyatlı olmağa çağırır.
Atlar hiyləgərliyi, qeyri-səmimiliyi, haqsızlığı sevmir.
2014-cü ildə ən yaxşı talisman göy, taxta at və nal ola bilər. Bir şərtlə ki, insanlar həqiqətən onların gücünə inansınlar.
İndi isə Oxu.Az sizə at ilində dünyaya göz açan məşhur azərbaycanlı şəxslərin siyahısını təqdim edir:
1906-cı il:
Səməd Vurğun - şair
Süleyman Rüstəm - şair
Sara Aşurbəyli - tarixçi, şərqşünas
Əliövsət Sadıqov - müğənni
1918-ci il:
Qara Qarayev - bəstəkar
Bayram Bayramov - yazıçı
İmran Qasımov - yazıçı
Gülxar Həsənova - aktirsa
1930-cu il:
Fikrət Sadiq - şair
Toğrul Nərimanbəyov - rəssam
Yaqub Məmmədov - xanəndə
Əlibaba Məmmədov - xanəndə
1942-ci il:
Müslüm Maqomayev - opera və estrada müğənnisi
1954-cü il:
Baba Vəziroğlu - şair
Qulu Məhərrəmli - jurnalist
Siyavuş Kərimi - bəstəkar
Telli Pənahqızı - jurnalist
İsmayıl Ömərov - jurnalist
Firuzə İbadova - müğənni
1966-cı il:
Orxan Fikrətoğlu - yazıçı, jurnalist
Xumar Qədimova - müğənni
1978-ci il:
Murad Dadaşov - şoumen
Aytən Sadıqzadə
www.oxu.az