Göygöl sakini ehtiyatsızlıqdan yıxılıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.
Belə ki, 61 yaşlı Sahil Mehdiyev atdan yıxılaraq, ağır xəsarət alıb. Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Xəstəxanadan bildirlib ki, 61 yaşlı kişiyə kəllə-beyin travması və bədənin bir neçə yerində sınıq diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olaraq qalır.
Nazir Quliyev