Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ateist filosof Müşfiq Ötgün necə dindar oldu?
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın qonağı filosof Müşfiq Ötgün olub. Bir zamanlar ateist olan Müşfiq Ötgün ruhunun dərinliklərində Allaha çox böyük bir inamın olduğunu hiss etdikdən sonra dindar olduğunu söyləyib:
"Mən ilk dəfə ateizmə girəndə özümü təhlil etməyə başladım. Baxdım ki, xaotik, formasız şəkildə ruhumda Allaha çox böyük bir inam var imiş. Mən onun fərqində olmamışam. Özümü təhlil etməyə başlayanda gördüm ki, bütün duyğularımın kökündə belə bir hiss var, göydə kimsə var, o məni sevir, o mənə biganə deyil. Bu hissdən azad olmaq çox çətin idi. Bir az səy göstərdim, amma gördüm ki, heç yaxşı adam olmadım, özüm özümün xoşuma gəlmədi. Bundan sonra hərdən tələbələrə deyirəm ki, Şaxta babaya inanmayan uşaqlar heç yaxşı uşaqlar deyil. Hətta Şaxta babaya inanmaq belə uşağın gözəlliyidir".
Filosofun sözlərinə görə, ateist haqq axtarmır, ateizmdə ağıl var, amma dərinlik, məna yoxdur:
"Bir adam ateist mövqedədirsə, onun dindarlarla problemi var. O hesab edir ki, dindarlar inkişafın yolunda əngəldirlər, div kimi çayın qarşısını kəsiblər və o həyatını həmin divlə vuruşmağa həsr edir. Ateistlərə həmişə deyirəm ki, siz harada axmaq dindar var, onu nümunə gətirir, onunla döyüşürsünüz. Bir ateist görmədim ki, Füzuli ilə döyüşsün, Füzuli, Nəsimini təhlil etsin, onları "neprav" çıxarsın. Çünki başa düşürlər ki, onlar gözəl insanlardır".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- "TikTok"da yaranan "Pulunu ver, imtahan balını artırım" kimi səhifələrin təhlükələri
- "Qayınana" filmində sadəlövh Əli, "Arşın mal alan"da zarafatcıl nökər - Məşhur aktyor necə öldü?
- Azərbaycanın yaşıl enerji hədəfi: Gələcəyin yol xəritəsi Bakıda dəqiqləşdi
- Baku TV-nin informasiya dəstəyi ilə 10-cu Milli Marketinq Forumu keçirilib
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı