Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ
Azərbaycan Tibb elminə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetindən (ATU) məlumat verilib.
Bildirilib ki, ATU-nun Biokimya kafedrasının nəzdində Problem Elmi Tədqiqat laboratoriyasının müdiri, kafedranın dosenti Mehman Quliyev dünyasını dəyişib.
Onun uzun sürən ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar