“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramı yarımçıq dayandırılıb.
Belə ki, verilişin efirdəki qeyri-etik hərəkətlərə görə dayandırıldığı irəli sürülmüşdü.
ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli Metbuat.az-a açıqlamasında iddiaları təkzib edib.
Bu gün “Bizimləsən” proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son bir saatlıq hissəsinə çıxmaması və istirahət etməsi tövsiyyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq” - Ozal İbrahimli deyib.
Ətraflı süjetdə:
ATV-dən “Bizimləsən” verilişinin dayandırılması barədə AÇIQLAMA - VİDEO
Rəylər