Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ATV-nin koronavirusa yoluxan əməkdaşı efirə qoşuldu - VİDEO
“Azad Azərbaycan” kanalının müxbiri Mahmud Rövşənoğlunun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, virusa yoluxmuş jurnalist hazırda qaldığı karantin xəstəxanasından kanalın canlı efirinə bağlanaraq səhhəti barədə məlumat verib.
Bildirib ki, özünü yaxşı hiss edir: “Soyuqlamışdım, adi qızdırma idi. Həkimə müraciət etdikdən sonra test götürdülər və ilkin olaraq nəticəsi müsbət oldu. Hazırda karantinə alınmışam. Özümü yaxşı hiss edirəm. Burada davamlı olaraq istiliyimiz ölçülür. Müəyyən vasitələrdən istifadə etdim və qızdırmam da düşdü. Özümdə ağırlaşma və ya başqa simptomlar hiss etmirəm”.
Qeyd edək ki, kanalın İcraçı direktoru İsmayıl Həsənov “Qafqazinfo”ya açıqlamasında əməkdaşlarından yalnız bir nəfərin karantinə alındığını və hazırda ikinci testin nəticəsini gözlədiklərini bildirmişdi.
Rəylər