Azərbaycanlı tələbə Arif Qarayev Londonda Azərbaycan haqqında maraqlı sorğu keçirib.
Oxu.Az xəbər verir ki, sorğunun əsas məqsədi burada olan insanların Azərbaycan və Bakı haqqında hansı məlumatlara malik olduğunu öyrənmək olub.
Sorğuda Londonda olan Avropa ölkələrinin vətəndaşlarına bir neçə sual - “Bilirsinizmi Azərbaycan harada yerləşir?”, “Azərbaycan musiqisi ilə tanışsınız?”, “Azərbaycan yeməklərini dadmısınızmı?”, “Bakının memarlığı ilə tanışsınız?” və. s kimi suallar ünvanlanıb.
Azərbaycanlı tələbənin maraqlı suallarına xarici vətəndaşlar fərqli cavablar verir.
Oxu.Az Londonda keçirilən sorğunun videosunu sizə təqdim edir:
Elvin Əhmədov
www.oxu.az