Qara buludlar yağışdan xəbər verir. Bu yağış xoş ola bilər, o, havanı təmizləyəcək və təravətləndirəcək, Yer kürəsində yaşayan hər bir canlının ömrünü uzadacaq və ya onlara həyat verəcək.
Lakin tutqun “mavi” buludlar sərt xəbərdarlıq deməkdir, onlar leysan yağışları gətirən buludlar, sunamilər, barəsində xristianların müqəddəs kitabı “İncildə” yazılmış ümumdünya su basqınından yüz dəfə pisdirlər. Bu buludlar yaxınlaşmaqda olan qaçılmaz bəla, böyük faciənin əlamətləridir. Bir çoxları bunu bilmir, başa düşmürlər. Biz mavi səmaya öyrəşmişik və ona xas olan bu xüsusiyyət, incəlik və xarakterik fərdiliyə o qədər də diqqət yetirmirik. Lakin hələ qədim vaxtlardan səmanın bu rənginə diqqət yetirmiş və onun barəsində danışmışlar. Düşünürəm Avropadakı müasir “mavilərin” dədə-babaları bütün bunları bilirdilər. Lakin... təəssüf ki, sonrakı nəsillərə “nəyin yaxşı, nəyin isə pis olduğu” hissini aşılaya bilmədilər! Buna görə də, o biri dünyaya köç etmiş avropalıların baş verənlərdən bərk narazılığı Avropanın üzərindəki buludları daha da tutqunlaşdıra bilər. Lakin, qoy Allah onları mühakimə etsin! Əgər onlar bütün dünya ictimaiyyətinin qəbul etdiyi prinsiplərdən uzaqlaşdıqlarına görə Allah tərəfindən cəzalandırılsalar, deməli, O, həmin avropalıları Məşhər günündə cəzalandırmaq istəyir.
Müasir Avropa dəyərləri yüzilliklər ərzində Avropada hakim olmuş xristianlıq, xüsusilə də katoliklərin bəyan etdikləri dəyərlərin tam əksidir. Dəyər sahələrinin kilsə və “demokratik” (azad, qeyri-məhdud, qanunlarla qorunan) hissələrə bölünməsi uğrunda mübarizə yüz illər boyunca davam edib. Lakin yalnız Avropanın Fransa, Hollandiya, Almaniya, İtaliya, Danimarka, İsveç kimi ölkələrinin bir müddət əvvəl zəifləməsindən sonra (İkinci Dünya Müharibəsindən sonra) səhnəyə belə desək, “yaxşı olmayan” avropalıların XX əsrin ikinci yarısında düşünüb-tapdığı, lakin həyata keçirilməmiş qayda və nizamlar ( daha dəqiqliklə, anti-qaydalar və nizamsızlıq) Yeni Avropada - XXI əsrin əvvəllərinin Avropasında özünə yer tapdılar.
Belə özünəməxsus transformasiya və “ucuzlaşdırılmış” yalançı dəyər oriyentirlərinin tətbiqi Fransada, Hollandiyada, Danimarkada, İsveçdə özünü daha yaxşı göstərir. Bu ölkələrdə “geyləşmə” artıq hakimiyyətin ən yuxarı pillələrini, Fransada prezidentdən tutmuş aşağı məmurlaradək olan təbəqələri əhatə edir, və bu ölkələrin icraedici hakimiyyət orqanları – senatları, parlamentləri tərəfindən xüsusi qanunvericilik aktları və qərarlarla qanuniləşdirilir.
Yəni, orada “geyləşmənin” tərəfdarları daha çox oldu, hətta o qədər çox ki, belə növ geylik aktlarına və gey-qərarlara qarşı milyonlarla insanın qatıldığı küçə aksiyaları bu, mənim fikrimcə, çox əxlaqsız ideyaya yoluxmuş hakimiyyət tərəfindən tamamilə nəzərə alınmır. Və bütün bunlar maviləşmiş dövlət başçıları, parlamentarilər və senatorlarda sağlam və ayıq düşüncənin olmadığından baş verir. Əminliklə demək olar ki, demokratiya geylər və lesbiyanların mərhəmətinə sığınıb. Baş verənləri başqa şəkildə adlandırmaq qeyri-mümkündür. Fikrimcə bu, həm də insan adlandırmağa dilim gəlməyən eynicinsli personajların “zərifliyi və tez küsdüyünü” nəzərə alaraq, çox yumşaq deyilmiş ifadədir.
İndi tam şəkildə demək olar ki, Avropaya inteqrasiya “yeni mavi Avropa dəyərlərinin” qəbulundan, daha dəqiqliklə, eynicinsli nikahların qanuniləşdirilməsindən başlayır. Əks halda Avropa İttifaqının qapıları milli, ənənəvi ailə-nikah dəyərlərini qoruyub-saxlayanların üzünə bağlı qalacaq. Kimsə bu ailəyə daxil olmaq istəyirsə, o, həmin ailədəki qaydaları, o cümlədən onlardan ən vacibini – öz ailə həyətində, yəni bütün ölkə miqyasında gey-paradın keçirilməsini qəbul etmək lazımdır. Yoxsa, bir daha təkrar edirəm, Avropanın qapıları üzünə bağlıdır.
Güman etmək olar ki, bu şərtlər müsəlman Türkiyəsinin Avropa İttifaqına tam inteqrasiyasının qarşısını almaqdan irəli gəlir. Artıq 10 ildən çoxdur ki, Ankara ola bilsin 15-20 ildən sonra Avropa ailəsinin tamhüquqlu üzvü olacağına ümid edir. Getdikcə geyqrada çevrilməkdə olan bu Avropa ailəsi isə, obrazlı şəkildə desək, artıq mavi yağışın altında qalıb. Bu yağışın yaratdığı daşqın bir qədər əvvəl normal həyat tərzi sürən avropalıların yarısını yuyub-aparıb və geylərin, lesbilərin, onları qanunla dəstəkləyənlərin xeyrinə olan dağıdıcı fəaliyyətini davam etdirir.
Moldovalı politoloq avrointeqrasiyanı gözəl və obrazlı şəkildə belə ifadə edib: “Biz “qırmızılardan” (sovetlər nəzərdə tutulur) qaçdıq və “mavilərin” əlinə düşdük”. Fərq böyükdür. Artıq Aİ-nin üzvü olanlar – bolqarlar, rumınlar, makedoniyalılar, macarlar ənənəvi ailə dəyərləri, mənəviyyat, xristianlıq etikasından bu qədər geri çəkilmələrinin olacağını güman etmirdilər. Kilsənin özü yeni Avropanın böyük yolunun kənarında qalıb. Xorvatiyada xalq Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsini tələb edir. Necə olsa da, onlar Aİ-yə üzvdürlər və deməli, gey nikahlarından kənarda qala bilməyəcəklər. Avropaya inteqrasiyaya gedən yolun yarısında “geyləşmə” proseduru başlayıb, Ukrayna mətbuatının nümayəndələri bu vəziyyəti belə şərh ediblər: “Avropaya gedən yol g...dən keçir”.
Əlbəttə, bu ifadə bir qədər düzgün deyil, hətta təhqiramizdir, lakin o, Avropa ölkələrindəki real vəziyyəti hər şeydən yaxşı təsvir edir.
Demokratiyanın əsas prinsipi – çoxluğun rəyidir. Bu gün isə seksual azlıqların naz-qəmzələri geylər və lesbiyanlara aid olmayan istənilən çoxluğun rəyindən yüksəkdə durur. Yüksək siyasi ənənələr qeyri-normal azlığın öz rəyini normal çoxluğa yeritməsi ilə əvəzlnəir. Bu artıq idarəetmənin yeni formasıdır – seksual azlıqların diktəsi və naz-qəmzələri əhalinin hər bir təbəqəsi – ciddi çoxluq üçün qanun şəklini alır.
Geylər fəal ambisiyalarla, cəm, vahid cəbhə şəklində çıxış edirlər və adama elə gəlir ki, onların sayı çoxdur. Fəal geyləşmə xristian dini nümayəndələrinin yüzilliklər ərzində müdafiə etdikləri klassik demokratiyanı onun ənənəvi dəyərləri ilə birlikdə torpağa basdırır. Amma onu da deyək ki, xristian din xadimləri arasında da geylərin sayı az olmadı. Buna görə də, onlar xristianlığın bünövrəsinin dinin nəzarətindən çıxmış keçmiş xristianların paranormal hissləri və emosiyaları altında silkələnməyə başladığı vaxtda susmağa üstünlük verdilər.
2013-cü il mayın 30-da eynicinsli nikaha girənlərin – iki yaraşıqlı fransız qızın toyu oldu. Bu “toya” tədbirin təşkilatçısı – Monpelye şəhərinin meri və Fransa hökumətinin mətbuat katibi tərəfindən 500 qonaq dəvət edilmişdi. Onların hər ikisi qadındır, hökumətin mətbuat katibi geylərin müdafiəsi ittifaqının rəhbəri, Monpelye şəhərinin meri isə özü də lesbiyanlardandır.
Adətən belə fikir dolaşır ki, kilsədə, din xadimi tərəfindən həyata keçirilirsə, o zaman nikah göylərdə kəsilmiş hesab edilir. İndi isə hər şey əksinədir: kilsəni bu vacib mərasimdən uzaqlaşdırıb və Allahın özünü incidiblər. Belə şəraitdə Allah geyləşməyə üz tutmuş Avropa hökumətlərini bağışlamamalıdır... (Mötərizədə qeyd edim, bəlkə bu hökumətlər artıq geyləşiblər?! Bəlkə onlar öz iş qabiliyyətlərini itiriblər və indi yalnız geyqabiliyyətlidirlər?!
Axı indi avropalılar imansız, utanc və vicdan hissləri olmadan necə yaşaya biləcəklər? Artıq “valideyn A” və “valideyn B” kimi anlaşılmaz terminlərlə çağırılan eynicinsli “valideynlərin” övladlığa götürəcəkləri uşaqlar da mavi hesab ediləcək? Avropanın yaxın gələcəyi budur?
Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor
Exo
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin