“Avrora Qrup” korporativ sosial məsuliyyət proqramına uyğun olaraq, Ramazan bayramı ilə əlaqədar yardım aksiyası keçirib.
Aksiya zamanı Qızıl Aypara cəmiyyətində qeydiyyatda olan şəhid ailələri, əlilliyi olan, kimsəsiz və aztəminatlı insanlara ərzaq bağlamaları çatdırılıb.
Yardım aksiyası Binəqədi rayonu 9-cu mikrorayon, Rəsulzadə qəsəbəsi və Binəqədi kəndində keçirilib.
Bundan başqa, “Avrora” şirkəti koronavirus pandemiyası dövründə yardıma ehtiyacı olan insanları da sevindirib.
Şirkət “Xızır Baba” yardım aksiyasına qoşularaq, Biləcəri qəsəbəsində və Sumqayıt şəhərində yaşayan aztəminatlı ailələrə yardım payı çatdırıb.