Bakıda avtobuslarda kart sisteminə keçmək üçün ilkin mərhələdə ən azı 500 minə yaxın kart lazımdır.
Mövqe.az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov söyləyib.
Namiq Həsənov bildirib ki, kartların satışı üçün şəhərin bütün nöqtələrində məntəqələr olacaq:
“Bu kartlar metro kartlarından fərqli olaraq bank məhsulu olacaq. Karta sahib olan sərnişin, ondan təkcə ictimai nəqliyyatda deyil, alış-verişdə də istifadə edə biləcək”.
Namiq Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşma sisteminin gediş haqqına təsir etməyəcəyini də nəzərə çatdırıb.
www.movqe.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin