Türkiyədə avtobusda dəhşətli hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İstanbuldan Şanlıurfa vilayətinə gedən avtobusda olan sərnişinlərdən biri qəfildən ayağa qalxıb və “Allahu-Əkbər” deyərək ətrafdakılara hücum edib.
Əlində bıçaq olan gənc oğlan avtobusda olan üç sərnişini boyun nahiyəsindən bıçaqlayıb.
Ağır xəsarət alan həmin şəxslər təcili xəstəxanaya yerləşdiriliblər. Hazırda onların səhhətinin ağır olduğu bildirilir.
Sərnişinlərə hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.
Hadisə ilə əlaqədar olaraq araşdırma aparılır.