Türkiyənin I divizyon təmsilçisi “Qaziantep Büyükşehir Belediyyespor” Vaqif Cavadovu heyətinə qatıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz məlumat verib:
“İnter Bakı” klubunda oynayan futbolçu Vaqif Cavadovu heyətimizə qatmışıq. Vaqif 2009-cu ildə Azərbaycanda ilin futbolçusu seçilib. 25 yaşlı futbolçunun komandamıza xeyir verəcəyini düşünürük”.
Qeyd edək ki, “Qaziantep Büyükşehir Belediyyespor” Cavadovla 2 illik müqavilə imzalayıb.