107.7 - “AvtoFM” radiosu “Siqaret öldürür” adlı yeni sosial çarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, çarxın hazırlanmasında əsas məqsəd insanları sağlamlığa ciddi ziyan vuran bu zərərli vərdişi tərgitmələrinə yönəltməkdir.
Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.
Bildiyimiz kimi, siqaretin zərərləri saysız həddədir. Tütün məmulatlarından asılılıq həm sağlamlığa, həm də cibə ciddi ziyan vurur. Hər il dünyada siqaretin səbəb olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Digər tərəfdən, siqaret çəkənlər özləri ilə yanaşı, ətrafdakıların səhhətinə də böyük ziyan vururlar.
Hesablamalara görə, ildə 600 min insan passiv siqaret çəkmə səbəbindən vəfat edir və onların əksəriyyəti uşaqlardır.
Elvin Əhmədov
www.oxu.az