107.7 - “AvtoFM” radiosu “İçkiyə STOP!” adlı yeni sosial çarx hazırlayıb.
Oxu.Az-ın xəbərinə görə, çarxda bildirilir ki, yol qəzalarının baş verməsinin səbəblərindən biri də sürücülərin avtomobili sərxoş halda idarə etmələridir.
107.7 - “AvtoFM” radiosu sosial çarx vasitəsilə sürücüləri sərxoş vəziyyətdə avtomobili idarə etməməyə səsləyib.
Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.
Qeyd edək ki, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu ilin yanvar ayının 1-dən fevralın 16-a qədər Bakı şəhərində 1492 nəfər sərxoş sürücü saxlanılıb. Onların 140 nəfəri zərif cinsin nümayəndələri olub.
E.Ə.
www.oxu.az