107.7 – “AvtoFM” radiosu yol təhlükəsizliyinə dair növbəti sosial çarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, “Birinci dərəcəli sərnişin” adlanan yeni çarxda bildirilir ki, avtomobildə uşaq oturacağından istifadə qəza zamanı xəsarət alma riskini beş dəfə azaldır.
Çarxın hazırlanmasında əsas məqsəd sürücüləri uşaqların təhlükəsizliyinin vacibliyi barəsində maarifləndirməkdir.
Qeyd edək ki, uşaq oturacaqlarından istifadə edilməməsinə görə, cərimə tətbiq olunmasa da, hər halda bu onlardan istifadə lazım deyil anlamına gəlmir.
Ülviyyə R. Əli
www.oxu.az