Azərbaycan avtomobil bazarının aparıcı şirkətlərindən biri olan “Avtolüks Azərbaycan” mövsümdə avtomobil əldə etmək istəyənlər üçün 2 sərfəli kampaniyaya start verib.
Kampaniyalardan biri Alfa Romeo markasına aid avtomobillərə şamil olunan REPO zəmanətidir. Bütün Alfa Romeo modelləri üçün REPO zəmanəti verməklə rəsmi nümayəndə “Avtolüks Azərbaycan” müştəriyə satdığı avtomobili 3 il ərzində satış qiymətinə azalan qalıq metodu ilə birinci il üçün 15%, sonrakı illərdə hər il üçün 10% aşağı olmaqla, barter (trade-in) vasitəsilə satın alacağını təsdiq edir. Şirkətin təklif etdiyi REPO şərtləri barəsində ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar.
Telefon: 012 983 / 055 214 19 49