Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Endirimli satış olacaq
Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Ali Məhkəmənin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. Milli Məclisin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə satışa çıxarılır. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təqdim ediləcək. “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Satışa çıxarılacaq avtomobillərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.
Aqşin Kərimov
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR
- Məhkəmə vəzifəli şəxsin öldüyü qəzada təqsirləndirilən sürücü ilə bağlı qərar verdi
- Məhkəmə arvadı haqqında polisə yalan xəbərçilik edən şəxslə bağlı qərar verdi
- Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir
- Xəstənin ölümündə günahlandırılan həkimlə bağlı qərar ləğv edildi
Rəylər