İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az CTV-yə istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli rayon sakini Əliyev Elman Cümşüd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ondan irəlidə gedən Vidadi Əliyevin sükan arxasında olduğu traktorun ot bağlayan qoşqusuna çırpılıb.
Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.