Türkiyə istehsalı olan “Volkıcar” avtomobilinin Azərbaycana ixracatına başlanılır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ralli çempionu Volkan İşıkın təşəbbüsü ilə istehsalına başlanılan avtomobilin ixrac edilən ölkələrinin sayı bununla 5-ə çatacaq.
İlk olaraq Türkmənistana satılan avtomobil bundan sonra Moldova, Livan, Bolqarıstan və Azərbaycana da göndəriləcək.
İlk olaraq yarış avtomobili kimi istehsal edilən “Volkıcar” artıq “küçə avtomobili” olmaq yolunda irəliləyir. Şirkətdən verilən məlumata görə, “Volkıcar” Azərbaycanda öz istehsalatını da yaratmaq fikrindədir.