Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avtomobildən bayıra zibil atanlar iri məbləğdə cərimələnəcəklər
Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.
APA-nın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcəklər.
"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- Oqtay Şirəliyevin tibb müəssisəsi cərimələndi - SƏBƏB
- Ölkəmizdə orqanların "qara bazar"ının formalaşmasının qarşısını almaq üçün ağır cəzalar mövcuddur
- Sərxoş vəziyyətdə həyətə çıxıb söyüş söyən şəxs həbs olundu
- Milli Məclis məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını TƏSDİQLƏDİ
- Gədəbəydə meyiti tapılan şəxslə bağlı istintaqa çağrıldılar - Həbs olundular
Rəylər