Qazax rayonunun N.Nərimanov küçəsində 4 avtomobil bir-biri ilə toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə saat 17:00 radələrində baş verib.
Bu zaman avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb.
Baş verən olaya görə 1500 abonentin qaz təchizatı dayandırılıb.
Hadisənin səbəbləri araşdırılır.