Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
"Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbirlər görülüb".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"VAZ-2105 markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı Oxu.Az və digər saytlarda yayımlanan videogörüntü araşdırılarkən hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə Elvin Nəcəfov olduğu müəyyən edilib.
Törədilmiş hüquqazidd əməllə bağlı qanunvericiliyə uyğun sənədləşdirmə aparılıb və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Rəylər