Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Axar.az xəbər saytı 11 yaşını qeyd edir
Axar.az xəbər saytı 11 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, 2013-cü il oktyabrın 19-da oxucularla ilk görüşünə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Axar.az Azərbaycan, ingilis, rus və fars dillərində olmaqla dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.
Qeyd edək ki, Axar.az saytı "Teleqraf" Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
Oxu.Az saytı Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!
Rəylər