Azərbaycanda İranın ali lideri Ayətullah Xameneyiyə həsr olunmuş meyxana böyük səs-küyə səbəb olub.
Oxu.Az xəbər verir ki, Surxay Qedirxum və Sadiq Ceferinin dediyi “Ağam Xameneyi” adlı meyxana sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hətta millət vəkili Fazil Mustafa da meyxanaçılara etirazını bildirib. O, azadlıq radiosuna açıqlamasında belə deyib:
“Televiziyada çıxış edən bir qrup meyxanaçı “Ağam Xameneyi” meyxanasını söyləyir, bunu böyük bir auditoriyaya təbliğ edirdilər. Bu adamlar Xameneyiyə ağam deyir, onun qulluğunda hazır olduğunu söyləyir. Bu təbəqəyə etinasız yanaşmaq olmaz. İran Ermənistana dəstək verir. Sabah bunlar Azərbaycanın, yoxsa İranın marağına işləyəcəklər?”.
Aytən Sadıqzadə
www.oxu.az