Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazir məktəblərə “fond pulu” qadağası qoydu
Məktəb direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.
Məktəblərə “Təsərrüfat məqsədləri üçün plastik kartlar”ın verilməsinə başlanılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.
Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 -1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib.
Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcəkdir.
Qeyd edək ki, ödəniş Təhsil Nazirliyinin “Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcəkdir.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT