Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, hazırda AYNA-nın monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
“Monitorinq Mərkəzi təfərindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir. Hərəkət iştirakçılarına ehtiyyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, - məlumatda deyilir.