Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aysel Nazim: Qalib avtomobili olmayan şəxs olmalıdır - VİDEO
Dünən “Maşın Şou. Hind kinosu”nda layihənin hər bir iştirakçısının ehtiyatlandığı hadisə yaşanıb. Xatırladaq ki, oyundan çıxmağa namizəd Aysel Nazim olub.
Aparıcı tamaşaçılara gecənin namizədinə səs vermək imkanı yaradıb: tamaşaçılar iştirakçının oyunda qalmasına və oyunu tərk etməsinə səs veriblər. Bax avto-qladiatorların çəkindikləri də məhz budur. “Bəs tamaşaçılar məni xilas etməsə, necə olacaq?”, - fikri beyinlərdə dolaşıb.
Şounun qaydalarına görə, namizəd mübarizə aparacağı şəxsin adını çəkə bilər. Hər kəs A.Nazimin Ranar Musayevi seçəcəyini düşünsə də, A.Nazim Ramil Nabranı seçib.
Soyuqqanlı R.Nabran qısa danışıb və tamaşaçılardan onu layihədə saxlamağı xahiş edib. Və tamaşaçıların 62,19 faizi A.Nazimin şounu tərk etməsinə səs verib. R.Nabran ona dəstək verənlərə təşəkkürünü bildirib.
Şoudan sonra isə Oxu.Az-ın müxbirinə bildirib ki, intiqam almaq hissi ilə yaşamır, lakin o, təxmin edir ki, onun adı boşuna səsləndirilməyib.
“Hər gün bir iştirakçı oyunu tərk etməlidir. Və burada qruplaşmalar mövcud olsalar belə, tezliklə onlar bir-birini yeyəcəklər. Mənim taktikam açıq oyundan ibarətdir”, - deyə ifaçı bildirib.
“Mən həm özümü, həm də dostlarımı tanımaq istəyirdim. Və buna nail oldum. Yəqin ki, mənə heç kim inanmayacaq, lakin mən Ramini yarışdan çıxarmayacaqdım. Hamı şounun qalibi olmayacaq ki. Mən istərdim ki, şounun qalibi avtomobili olmayan şəxs olsun”, - deyə “Maşın Şou. Hind kinosu”nu tərk edən A.Nazim bildirib.
“Maşın şou. Hind kinosu”nun saat 22:00-da ATV kanalında yayımlanacaq növbəti buraxılışını qaçırmayın.
İnformasiya dəstəyin Oxu.Az-la birlikdə informasiya videoportalı olan Baku TV verir.
Oxu.Az yeniləndi!