Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) QSC Yeni il ərəfəsində səyahətləri daha əlçatan etmək və sərnişinləri sevindirmək üçün xüsusi "Yeni il" kampaniyasını elan edir.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
20 dekabr-5 yanvar satış tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il yanvarın 10-dan aprelin 30-na kimi və 20 sentyabr-26 oktyabr tarixləri arasında həyata keçiriləcək reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinif tarifləri üçün keçərlidir, vergi və yığımlara şamil edilmir. Endirimli biletlərin sayı məhduddur.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, kodşerinq, çarter və ölkədaxili uçuşları, həmçinin bəzi istiqamətləri əhatə etmir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün bu linkə keçid edə bilərsiniz.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Moskvada hava məkanı açıldı: Reyslər BƏRPA OLUNDU
- Hökumə Əliyevanın büstü HAZIRLANIR
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib
- AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir