Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçi: "Burada çıxış etməyim möcüzədir"
"Ölümlə üz-üzə ikən güclü olduğumu anladım. Bu gün burada çıxış etməyim möcüzədir".
Oxu.Az xəbər verir ki, bunu 2025 "Konstitusiya və Suverenlik" ili çərçivəsində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçi Aydan Rəhimli deyib.
O, birlikdə çalışdığı iş yoldaşlarını itirməyin ağır olduğunu ifadə edib.
"Bəzən həyat bizi gözlənilmız sınaqlarla üz üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik".
O, Prezident İlham Əliyevə, dəstək olan, dua edən soydaşlarımıza, tibb işçilərinə təşəkkürlərini bildirib.
Aləmdə Nəsib