Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL təyyarəsində qəza anında nələr yaşandı? - "Son uçuş" sənədli filmi
Baku TV "J2-8243: Son uçuş" adlı sənədli film hazırlayıb.
Filmdə 25 dekabr 2024-cü il tarixində "J2-8243" nömrəli Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların, sağ qalanların və onlara yardım edənlərin hekayəsindən bəhs olunub.
Filmin məqsədi yaşanan faciəni və insanların cəsarətini əks etdirərək həyatdan köçənlərin unudulmaması adına bir xatirə saxlamaqdır.
Sənədli film martın 31-də saat 22:00-da efirdə yayımlanıb.

Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA yayıb
- XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
- Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın müraciətlərinə cavab vermir
- Tokayev: "Azərbaycan xalqı ilə birliyimiz təyyarə qəzasından sonra parlaq şəkildə özünü göstərib"
- Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib