Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azər Qərib saxta vətənpərvərləri yıxıb sürüdü
Tanınmış teleaparıcı, AzRu.tv saytının yaradıcısı və rəhbəri Azər Qərib son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginliklə bağlı Facebook-da “vətənpərvərlik” statusları yazanlara cavab verib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
Jurnalistin yazdığını olduğu kimi sizə təqdim edirik:
“Heç kimin xətrinə dəymək istəməzdim, amma deyəcəyəm.
Ayın əvvəlində olan hadisələr hamını sarsıtdı, əsgərlərimizin ölümü hamını kədərləndirdi.
Kimi başsağlığı verdi, kimi bayraq şəkillərini avtarına qoydu, klub və şoulardan imtina etdi, yəni hər kəs ölənlərin ruhuna bacardığı qədər hörmət etməyə çalışdı.
Lakin həyat davam edir və etməlidir də, FB-da olan gərginlik səngiməyə başladı.
Lakin bəzi istifadəçilər özlərini daha vətənpərvər göstərmək istəyərək, insanlara irad tutmağa, təhqiramiz şəkildə ittiham etməyə başladılar – “sən bu şəkili niyə qoydun, sən bu statusu niyə yazdın, sən xainsən, satqınsan” və digər pafoslu və səmimiyyətdən uzaq sözlər.
Sanki əsgər ölümünü özlərinin piarına çevirdilər, özlərini əsl Vətən oğlu (qızı), digərlərini isə xalq düşməni elan etdilər.
Mən digərlərinin əvəzinə deyə bilmərəm, öz payıma deyirəm – əgər kimsə özünü məndən daha vətənpərvər, daha qeyrətli, daha namuslu, daha can yandıran hesab edirsə, bu onun öz işidir.
Amma bu halda həmin adam getsin elə həmin o işi ilə məşğul olsun və bu profildə birdə görsənməsin.
Heç kimi özümdən artıq vətənpərvər saymıram və saymaq fikrim də yoxdur.
Mən bu torpağa bağlıyam, buradan heç yana köçən deyiləm və həm Azərbaycanı, həm bizim faciəmizi, bacardığım qədər həmişə tanıtmağa çalışmışam.
Və yalnız bu günlərdə yox, 20 ildən çoxdur ki, hər ay cəbhə zonasında həlak olanların ruhuna dua etmişəm, bir ata kimi, bir baba kimi, bir vətəndaş kimi.
Və əgər bu gün qapımı döyüb desələr ki, sən bu an, bu dəqiqə cəbhədə daha çox lazımsan, bu 53 yaşımda durub gedərəm, tərəddüd etmədən.
Amma yenə də deyirəm, həyat davam edir və mən daimi milli matəmə düşməyin tərəfdarı deyiləm.
İkinci Dünya müharibəsi zamanı mühasirədə olan Leninqrad konsertlər təşkil edirdi ki, düşmən onların ruhunun sınmadığını görsün və görsün ki, onu sındırmaq mümkün deyil.
Bizim kədərimiz qəlbimizdədir, lakin həyat davam etməlidir, toylar olmalıdır, qadınlar doğmalıdır, kişilər işləməlidir, bədbinlik qalib gəlməməldir.
Demək istədiyim bu idi ki, burada nə FB-nın “prokurorlarına”, nə də FB-nın “hakimlərinə” ehtiyac duyulmur.
Allah bütün ölənlərə rəhmət eləsin, yaşayanlara cansağlığı versin, bizim işimiz haqq işdir və bu haqq işində bizə yalnız həmrəylik lazımdır.
Bu qədər...”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- "Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
- Dəmir çömçə - Erməni millətçiliyinin simvolu
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"