Bu yaxınlarda Еurasianet.org internet resursu Rusiyaya qoyulmuş sanksiyaların Ermənistana hansı zərərləri verəcəyi barədə məqalə çap edib. Məqalənin müəllifi Georgi Lomsadzedir.
Oxu.Az Ann.Az-a istinadən məqaləni diqqətinizə çatdırır:
Rusiyaya qarşı sanksiyaların artdığı bir zamanda Ermənistan Rusiya iqtisadiyyatından sözün əsl mənasında, qidalanan bir ölkə kimi çox mürəkkəb bir vəziyyətə düşə bilər. Rusiyaya qoyulmuş sanksiyalar Ermənistan üçün nə dərəcədə məhvedici ola bilər?
Ölkə iqtisadiyyatı ilə məşğul olan botanik və məmurlar, dəqiq təsirdən və son ziyandan əmin deyillər. Amma onların hamısı bir fikirlə razılaşırlar ki, effekt məhvedici olacaq. Rusiya Ermənistanı enerji ilə təmin edən yeganə investordur. Bununla əlaqədar sanksiyaların dolayı nəticələri erməni iqtisadiyyatının bütün sferalarında əksini tapacaq və bütün istiqamətlərdə potensial şəkildə hiss ediləcək. “Bu mərhələdə ekspert çıxarışları etmək çətindir. Hətta Rusiya ekspertləri dəqiq hesablamalara malik deyillər”, - iqtisadiyyat naziri Karen Çşmarityan, Reqnum xəbər agentliyinə deyib.
ABŞ-ın son sanksiyalar raundu əsasən VTB banklarına qarşıdır, bu bank Ermənistanın iri kreditorudur. “ABŞ hakimiyyəti tərəfindən görülmüş tədbirlər VTB-nin kapital bazarına girişini məhdudlaşdırmasına baxmayaraq bu bankın kredit vermə qabiliyyətini və istismar xarakteristikasına təsir edəcək”, - VTB iddia edir. Amma Bloomberg informasiya agentliyi xəbər verib ki, VTB bank qrupu, beynəlxalq kreditorlar banka 1,5 milyard dollar həcmində krediti dayandırıblar.
Qazprombank sanksiyaların digər hədəfidir, bu bank da Ermənistanda fəaliyyət göstərir. O, Rusiya dövlət energetik nəhəng Qazproma məxsusdur, o, Ermənistana təbii qazı çatdıran yeganə qurumdur.
Ermənistan eləcə də Rusiya neft şirkətinə investisiya ümidləri bəslədiyi Rosneft də sanksiyaların hədəf dairəsindədir. Rosneft şirkəti erməni “Nairit”ini almağı planlayırdı, bu şirkət rezin istehsalçısıdır. Ermənistanın baş naziri Ovik Abramyan bu planların baş tutmayacağını istisna etmir, çünki beynəlxalq sanksiyalar Rosneftin investisiya layihələrini həyata keçirmək həvəsini öldürə bilər.
Ermənistan iqtisadiyyatı eksperti və Müxalifət erməni milli konqresinin üzvü Vaaqn Xaçatryan, “1in.am” xəbərlər xidmətinə şərhlərində, Rusiya investisiya səviyyəsinin kəskin azalmasını gözlədiyini, kreditin isə çox baha olacağını deyib.
Daha öncə Birləşmiş Ştatlar Vaşinqtonun fikrincə, Moskvanın Ukraynaya qarşı siyasət yürütməsində təqsirli olan onlarla Rusiya və Ukrayna fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar yürüdüb. Son günlərdə Barak Obamanın administrasiyasının nümayəndələri dəfələrlə bəyan ediblər ki, Rusiyanın hərəkətləri qonşu respublikada vəziyyətin sabitliyinin pozulmasına yönəlib. Bununla əlaqədar Vaşinqton Moskvanı Donetsk və Luqansk vilayətlərində qiyamçıları dəstəkləməkdən, bu əraziyə silah çatdırmaqdan əl çəkməyə çağırıb.