ABŞ-da yaşayan azərbaycanlılar son günlər Ermənistanla sərhəddə atəşkəsin kəskin pozulması ilə bağlı Ağ Ev qarşısında piket keçirdiblər.
Oxu.Az xəbər verir ki, Vaşinqtonda yaşayan müstəqil jurnalist Zaur Bayramlının verdiyi məlumata görə, təxminən 40 nəfərlik bir qrup əllərində Azərbaycan bayraqları ilə Ağ Ev qarşısında toplaşıb. Aksiyada iştirak edən türklər və azərbaycanlılar “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” şüarları səsləndirib.
Zaur Bayramlı qeyd edib ki, “bildiyiniz kimi, avqustun 8-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Məqsədimiz bu görüşdən əvvəl reaksiya göstərməkdir” deyə qeyd edib.
Qeyd edək ki, son hücumlar nəticəsində 14 əsgərimiz şəhid olub.