"Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra Azərbaycanla sülh sazişi bir neçə gün ərzində imzalana bilər.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.
"Azərbaycanla danışıqlarda iştirak edirəm və mənim qənaətimə görə, Konstitusiya dəyişdiriləcəyi təqdirdə sazişin imzalanması bir neçə günün məsələsidir", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini şərt kimi irəli sürür.